Futbol üzrə Azərbaycan yığma komandasının və “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov Premyer Liqada 50-ci qolunu vurub.
Arena.az xəbər verir ki, Azərbaycan çempionatında yalnız “Neftçi”nin formasını geyinmiş yarımmüdafiəçi 221-ci oyununda “100”ü yarılayıb.
O, Azərbaycan Premyer Liqasının 2025/2026-cı illər mövsümünün 16-cı turunun “Karvan”la görüşündə (2:1) yubiley topunu vurub. İlk qoluna çempionatda debüt etdiyi 2017/2018-ci illər mövsümündə imza atan Mahmudov yarışın tarixinə 50 və daha çox top vuran 43-cü futbolçudur.
Yarımmüdafiəçi Azərbaycan çempionatlarının yüksək liqasında eyni klubda ən azı bu qədər qol vuran 16-cı oyunçudur.
Mahmudov “Neftçi” ilə çempionatda 50 və ya daha çox qol vuran 4-cü bombardirdir. O, yalnız Samir Ələkbərov, Qurban Qurbanov və Yunis Hüseynovdan geri qalır.
- Müşfiq Hüseynov (“Qarabağ”) – 109
- Samir Ələkbərov (“Neftçi”) – 99
- Alay Bəhramov (“Viləş”) – 93
- Nazim Əliyev (“Xəzər” S) – 93
- Fazil Pərvərov (“Kəpəz”) – 80
- Rövşən Əhmədov (“Kəpəz”) – 75
- Qurban Qurbanov (“Neftçi”) – 66
- Nadir Nəbiyev (“Turan”) – 63
- İmamyar Süleymanov (“Kəpəz”) – 63
- Mahir Emreli (“Qarabağ”) – 59
- Yunis Hüseynov (“Neftçi”) – 58
- Musa Qurbanov (“Turan”) – 56
- Abdullah Zubir (“Qarabağ”) – 52
- Riçard Almeyda (“Qarabağ”) – 51
- Badri Kvaratsxeliya (“Şəmkir”) – 51
- Emin Mahmudov (“Neftçi”) – 50
