Avtosfer saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bu il Azərbaycanın reaktiv mühərriklər üçün kerosin yanacağının əsas müştəriləri alışları kəskin azaldıblar və son illərin minimum həddinə düşüb. Əsas alıcısı Lüksemburq siyahıda da nəzərəçarpacaq fərqlə idxalı endirib. Avtosfer.az "Banker.az"a istinadən xəbər verir ki, 2024-cü ildə 64.761 min ton və 67.877 mln. dollar həcmində olan ixrac, 2025-ci ildə 12.848 min ton və 12.723 mln. dollara geriləyib. Bu, tonla təxminən 80%, dəyərlə ifadədə isə 81% azalma deməkdir.

Əsas ixrac istiqamətləri arasında Lüksemburq, Rusiya və Türkiyə ən böyük geriləmə nümayiş etdirib. Lüksemburqa ixrac 33.872 min tondan 6.359 min tona, Rusiyaya ixrac 10.065 min tondan 2.046 min tona, Türkiyə istiqamətində isə 5.747 min tondan 1.236 min tona düşüb.
Reaktiv mühərriklər üçün kerosin yanacağı ixracı, 2025, ilk 10 ay
№
Cəmi
ton
min dollar
12,847.84
12,722.53
1
Lüksemburq
6,359.26
5,294.24
2
Rusiya
2,046.30
2,431.20
3
Türkiyə
1,236.23
1,482.06
4
ABŞ
1,008.21
843.31
5
Hindistan
431.09
538.87
6
Fransa
319.83
319.60
7
Macarıstan
223.23
279.59
8
Birləşmiş Ərəb Əmirlikləri
203.70
254.64
9
Almaniya
195.74
244.97
10
Belarus
149.32
186.65
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.