EN

Sumqayıtda bir neçə gün öncə ölən kişinin meyiti aşkarlandı

Sumqayıt şəhərində 66 yaşlı kişinin meyiti aşkarlanıb.

"Yeni Sabah" "Report"a istinadən verir ki, hadisə Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb.

Belə ki, qonşular tərəfindən hüquq-mühafizə orqanlarına müraciətdən sonra 1959-cu il təvəllüdlü Cabir Abdullayevin meyiti yaşadığı fərdi evdə aşkarlanıb.

İlkin məlumata görə, kişi bir neçə gün əvvəl ölüb. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.


Telegram kanalımız
Chosen
58
3
yenisabah.az

4Sources