Sumqayıt şəhərində 66 yaşlı kişinin meyiti aşkarlanıb.
Publika.az xəbər verir ki, verir ki, hadisə Qurd dərəsi bağları yaşayış massivində qeydə alınıb.
Belə ki, qonşular tərəfindən hüquq-mühafizə orqanlarına müraciətdən sonra 1959-cu il təvəllüdlü Cabir Abdullayevin meyiti yaşadığı fərdi evdə aşkarlanıb.
İlkin məlumata görə, kişi bir neçə gün əvvəl ölüb. Onun hansı səbəbdən vəfat etdiyi məlum deyil.