İngiltərə Liqa Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.
Apasport.az xəbər verir ki, son qarşılaşma Londonda baş tutub.
“Arsenal” öz meydanında “Kristal Pelas”ı qəbul edib. Gərgin keçən görüşün əsas vaxtında qalib müəyyənləşməyib - 1:1.
Penaltilər seriyasında daha inamlı oyun nümayiş etdirən “topçular” rəqibini 8:7 hesabı ilə məğlub edərək yarımfinala vəsiqə qazanıblar.
Qeyd edək ki, “Arsenal” növbəti mərhələdə “Çelsi” ilə üz-üzə gələcək.
Belçika millisinin üzvü “Milan”dan ayrılıb
Endrik “Lion”da - RƏSMİ
“İnter”in hücumçusu zədələnib
Afrika Millətlər Kuboku: Seneqal və Konqodan inamlı start
Neymar əməliyyat olunub