EN

Papa Milad münasibətilə dünyada 24 saatlıq atəşkəsə çağırıb

Vatikan Dövlətinin başçısı Papa XIV Leo Milad bayramı münasibətilə dünyada, xüsusilə Rusiya–Ukrayna müharibəsində 24 saatlıq atəşkəsə əməl olunmasına çağırış edib.

Far.Az xəbər verir ki, Papa bu çağırışı Romaya yaxın Kastel Qandolfo qəsəbəsindən Vatikana gedərkən jurnalistlərin suallarını cavablandırarkən səsləndirib. Milad ərəfəsində xüsusi mesajının olub-olmaması ilə bağlı suala cavab verən Papa bildirib ki, Rusiyanın Milad atəşkəsini rədd etməsi onu dərindən kədərləndirib.

Papa XIV Leo vurğulayıb ki, bütün xoş niyyətli insanlara müraciət edərək ən azı Hz. İsanın doğumunun qeyd olunduğu bu gündə Ukraynada və dünyanın digər bölgələrində 24 saatlıq atəşkəsə hörmət göstərilməsini xahiş edir.

Yaxın Şərqdə, xüsusilə Qəzzadakı vəziyyətə də toxunan Papa, Qüds Latın Patriarxı Kardinal Pierbattista Pizzaballanın son günlər Qəzzaya səfər etdiyini xatırladıb. O, həmçinin Qəzza şəhərindəki Müqəddəs Ailə kilsəsinin rahibi Qabriel Romanelli ilə telefon danışığı apardığını bildirib.

Papa qeyd edib ki, Qəzzada qüvvədə olan atəşkəs və sülh planı hələ də çox həssas mərhələdədir və ümid edir ki, barış prosesi irəliləyəcək.

Chosen
45
far.az

1Sources