EN

Hər bir vədini real addımları ilə təsdiqləyən Liderə xalqın sevgisi sonsuzdur - Vüqar Rəhimzadə

Bakı. Trend:

Müstəqillik tariximizin 2003-cü ildən bu günə qədərki dövrününreallıqları Heydər Əliyev yolunun uğurlu davamının təsdiqidir.1993-2003-cü illərdə müasir müstəqil Azərbaycan dövlətininqurucusu, Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlüsiyasəti nəticəsində ölkəmiz inkişafın elə yüksək mərhələsinə qədəmqoymuşdu ki, 2003-cü ildən sonrakı mərhələdə hakimiyyətin etibarlıəllərdə olması olduqca vacib əhəmiyyət kəsb edirdi.

Bunu Trend-əaçıqlamasında deputat Vüqar Rəhimzadə bildirib.

Dövlətimizin başçısı İlham Əliyev bununla bağlı bildirmişdir:“2003-cü ildə Azərbaycan xalqı düzgün seçim etmişdi. Çünki hesabedirəm ki, müstəqil tariximizin ən həlledici məqamı məhz 2003-cü ilidi. Çünki o vaxt ölkəmizin gələcəyi ilə bağlı konseptual yanaşmatam özünü təsdiqləmişdi, yəni, Heydər Əliyev siyasəti davametdirildi. Əgər tarix başqa istiqamətdə getsəydi, bilmək olmaz,xalqımız, dövlətimiz hansı bəlalar, faciələrlə üzləşə bilərdi. Hərhalda, müstəqilliyimizin ilk iki ili əyani şəkildə göstərir ki,güclü lider olmadan və düşünülmüş siyasət olmadan istənilən ölkə,xüsusilə gənc müstəqil ölkə çox ciddi təhlükələrlə üzləşə bilər.2003-cü ildə əsası 1993-cü ildə qoyulmuş siyasətə bir daha dəstəkverildi.”

Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə Azərbaycan xalqınatarixi müraciətində bu əminliyi ifadə etmişdir: “Üzümü Sizə -həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərindəPrezidentliyə namizəd, mənim siyasi varisim, Yeni AzərbaycanPartiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyəçağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünyasiyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskarbir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm dəYeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqliövladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinininkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri,planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başaçatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyükümidlər bəsləyirəm”. Təbii ki, həmin müraciətdən ötən 22 ildənartıq dövrün Azərbaycan tarixinə yazdığı uğur, zəfər səhifələrininhər birini vərəqləmək, onları bir yazıda əhatə etmək mümkün deyil.Çünki ötən hər gün tariximizə bir mühüm hadisənin yazılması iləyadda qalır. Sözsüz ki, bu uğurların, qürurverici hadisələrintəməlində düşünülmüş siyasət və Lider amili dayanır. Uğurlarımızsırasında ilk olaraq onların zirvəsində dayanan, Azərbaycanın yenidövrə qədəm qoymasını şərtləndirən ərazi bütövlüyümüzün vəsuverenliyimizin tam bərpasını, onun yaratdığı yeni reallıqlarıqeyd etmək istərdik. Dövlətimizin başçısı İlham Əliyevin yenidövrün mühüm hadisələrindən olan, müstəqillik tariximizdə ilk dəfəolaraq bütün ölkə ərazisində 2024-cü ilin 7 fevral tarixindəkeçirilən prezident seçkilərində inamlı qələbəsindən sonra andiçməmərasimində qeyd etdiyi kimi, əgər güclü Azərbaycan qurmasaydıq,əgər kimdənsə istər siyasi, istər iqtisadi sahədə asılı olmuşolsaydıq, heç vaxt biz ərazi bütövlüyümüzü bərpa edə bilməzdik:“Uzun danışıqlar prosesi çərçivəsində dəfələrlə bizə hansısayarımçıq təkliflər irəli sürülürdü. Ancaq o təkliflər bizim üçünqəbuledilməz idi. Mən hər dəfə deyirdim ki, Azərbaycan Bayrağıərazimizin hər bir yerində dalğalanacaq. Hələ Bayraq Meydanınınaçılışında demişdim ki, bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq,bizim siyasətimiz bundan ibarət idi. Biz bütün gücümüzü səfərbəredib bu hədəfə doğru gedirdik, hər gün, hər saat bu müqəddəs günüyaxınlaşdırırdıq.”

Çağdaş tariximizə davamlı uğurlarla yazılanillər

Son 22 il bütün sahələrdə davamlı uğurlarla yadda qalıb.İqtisadiyyatın inkişafı və insanların sosial rifah halınınyüksəldilməsi məqsədilə Prezident İlham Əliyevin təşəbbüskarıolduğu qanun layihələri, həmçinin imzaladığı Fərman və sərəncamlarəsasında həyata keçirilən sosial-iqtisadi layihələrvətəndaşlarımızın yaşayış səviyyəsinə öz müsbət təsirini göstərir.Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslıişlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsindəhazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit,təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi,irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinintəşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerjitəhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmosailəsinin üzvü, mühüm tranzit qovşağıdır.

Ölkəmizin malik olduğu təbii resurslardan səmərəli istifadəetməsinə geniş yol açan enerji layihələrinin uğurlu icrası həmAzərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir, həmdə iqtisadiyyatın şaxələndirilməsinə geniş yol açır. Regionaləməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayanBakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə,Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin isə 2007-ci ildə istifadəyəverilməsi çoxlarına əfsanə kimi görünən bu layihələrin artıqreallıq olduğunu göstərdi. İllər keçdikcə əməkdaşlıq regionalçərçivədən çıxaraq beynəlxalq miqyas aldı. 2017-ci ildə “Yeni əsrinmüqaviləsi”nin imzalanması, ondan əvvəl 2014-cü ildə Cənub QazDəhlizinin təməlinin qoyulması Azərbaycanın etibarlı tərəfdaş kimimövqeyinin möhkəmləndiyini nümayiş etdirdi. 2018-ci il mayın 29-daBakıda Cənub Qaz Dəhlizinin, həmin ilin 12 iyun tarixində isəƏskişəhərdə bu dəhlizin mühüm hissəsi olan Trans-Anadolu (TANAP)qaz boru kəmərinin açılışı oldu. 30 iyun 2018-ci ildə ilkkommersiya qazının Trans-Anadolu (TANAP) boru kəməri ilə Türkiyəyəgöndərilməsinə başlanıldı. 30 noyabr 2019-cu ildə TANAP qazkəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi keçirildi.Azərbaycan təbii qazının 31 dekabr 2020-ci ildə Avropa bazarınatədarükünə başlanıldı. Bu tarixdə Cənub Qaz Dəhlizinin əsasseqmentlərindən olan TAP istifadəyə verildi. Hazırda Azərbaycan 14ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəmərivasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeritutur.

Təbii ki, Azərbaycanın enerji sektorunda qazandığı uğurlaryalnız bunlarla bitmir. Hazırda yaşıl enerjiyə keçid prioritetməsələdir. Azərbaycan bərpaolunan enerji potensialı ilə də dünyanındiqqətindədir. Belə ki, ötən il Bakıda keçirilən, iqlimdiplomatiyasında dönüş nöqtəsi kimi dəyərləndirilən COP29 tədbiriAzərbaycanın bu sahədə mövcud imkanlarının təqdimatı oldu. COP29-a80 ölkənin dövlət və hökumət başçısı, ümumilikdə qeydiyyatdankeçmiş 76 mindən çox iştirakçı qatıldı. Karbon bazarına dair çoxdangözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nailolundu. Azərbaycanın COP29 Sədrliyi inkişaf etməkdə olan ölkələrəhər il 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsini təminetmək üçün yeni öhdəlik olan Bakı Maliyyə Məqsədi razılaşmasınıelan etdi. BMT-nin İqlim Sammiti üçün COP29 Sədrliyinin əsasprioriteti üzrə əldə olunan uğur əvvəlki 100 milyard ABŞ dollarıhəcmində iqlim maliyyəsi hədəfindən əhəmiyyətli dərəcədə artımdeməkdir və qlobal investisiyaların yeni dalğasına təkanverəcəkdir. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan ölkələr üçün2035-ci ilə qədər hər il ən azı 300 milyard dollar vəsaitinsəfərbər olunmasına liderlik etmək üçün inkişaf etmiş ölkələrinəsas hədəfini özündə ehtiva edir. Azərbaycan bu iqlim konfransınaev sahibliyi ilə çoxtərəfliliyin tərəfdarı olduğunu bir dahatəsdiqlədi. Bu COP növbəti COP-lar üçün stimul oldu. Ötən ilindekabrında Azərbaycanın İqtisadi Əməkdaşlıq Təçkilatına (D-8) üzvqəbul edilməsi də ölkəmizin iqtisadi uğurlarının, beynəlxalqnüfuzunun təqdimatında əhəmiyyətli rol oynadı. Təşkilata üzv qəbuledilməsində Azərbaycanın namizədliyinə Türkiyə, Pakistan, Misir,İran, İndoneziya, Malayziya, Nigeriya və Banqladeş tərəfindəndəstək göstərilməsi bu ölkələr ilə səmimi dostluğumuzun vəəməkdaşlığımızın göstəricisi kimi dəyərləndirildi.

İqtisadi müstəqilliyi möhkəmləndirənsiyasət

Beş fundamental nəticə - qalib dövlət, beynəlxalq nüfuz,təhsilli cəmiyyət, böyük iqtisadi potensial və yüksələn rifahölkəmizin sosial-iqtisadi inkişaf nailiyyətlərini xarakterizə edir.Bu nailiyyətlər uzunmüddətli dövrdə ölkə iqtisadiyyatı üçünkeyfiyyətcə yeni sosial-iqtisadi inkişaf simasının formalaşmasınaböyük töhfə verəcək. Prezident İlham Əliyev 2003-cü ildə buçağırışı etmişdir ki, iqtisadi artım qeyri-neft sektorunun hesabınaolmalıdır. Həmçinin bu hədəf də qarşıya qoyulmuşdu ki, neftkapitalını insan kapitalına çevirməliyik. Son 22 ilin uğurları buhədəflərin də reallıqda öz əksini tapdığını nümayiş etdirir.Azərbaycanın regionlarının potensialından səmərəli istifadə etməkməqsədilə Regional inkişaf proqramları təsdiqləndi və uğurla icraedildi. Regionların sosial-iqtisadi inkişafına dair 4 DövlətProqramının uğurlu icrası nəticəsində bölgələrin inkişafı ölkəmizdəyeniləşmə, davamlı inkişaf, sosial-iqtisadi tarazlıq, modernislahatlar və digər sistemli hədəflərin reallaşmasında mühüm rolamalikdir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlətproqramlarının həyata keçirilməsi sayəsində bölgələrdə inkişafprosesləri sürətləndi, kənd təsərrüfatının müxtəlif sahələri iləbağlı konkret proqramlar icra olundu. İşsizliyin və yoxsulluğunsəviyyəsi aşağı düşdü. Ölkədə qeyri-neft sektorunun inkişafı üçüngüclü zəmin formalaşdı. Dövlət proqramlarının icra olunduğu2004–2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədənqeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kəndtəsərrüfatı üzrə 1,7 dəfə artmışdır. Bu müddətdə həyata keçirilmişməqsədyönlü tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılmış,işsizlik 5 faizə, yoxsulluq səviyyəsi isə 5,1 faizə enmişdir. Buuğurlar “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdəsosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasını şərtləndirdi.“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair2023-2027-ci illər üçün Dövlət Proqramı” da təsdiq edildi, uğurlaicra edilir.

Əvvəldə qeyd etdiyimiz kimi, ərazi bütövlüyümüzün vəsuverenliyimizin tam bərpası ilə Azərbaycan yeni dövrə qədəm qoydu.Zəfərimizin və suverenliyimizin yaratdığı yeni reallıqlar yeniDövlət proqramlarının qəbulunu zərurətə çevirdi. Prezident İlhamƏliyevin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə iqtisadi rayonlarınyeni bölgüsü təsdiqləndi. Ərazilərin zəngin iqtisadipotensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarındansəmərəli istifadə etməklə onların bərabər inkişafının təmini üçünnəzərdə tutulan bütün işlərin vahid proqram əsasında aparılmasınınməqsədəmüvafiqliyi əraziləri işğaldan azad edilmiş rayonlarıniqtisadi rayonlar üzrə bölgüsünə yenidən baxılmasını şərtləndirdi.Bu bölgü işğaldan azad edilmiş bölgələrin sürətli inkişafına xidmətedir. Bunun üçün Qarabağ iqtisadi rayonu (Xankəndi şəhəri,Ağcabədi, Ağdam, Ağdərə, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa vəTərtər rayonları) və Şərqi Zəngəzur iqtisadi rayonu (Cəbrayıl,Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları) yaradıldı.

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair MilliPrioritetlər” təsdiqləndi. Yeni sosial-iqtisadi inkişaf modeli2030-cu ilədək olan dövrdə ölkədə bütün sahələrdə həyatakeçirilməsi nəzərdə tutulan köklü islahatların ideologiyasını təminedir. Həmçinin “Azərbaycan Respublikasının 2022–2026-cı illərdəsosial-iqtisadi inkişaf Strategiyası”, “Azərbaycan Respublikasındarəqəmsal iqtisadiyyatın inkişafına dair 2026-2029-cu illər üçünStrategiya” təsdiqləndi. İmzalanan sənədlər, təsdiqlənən Dövlətproqramları ölkənin dayanıqlı inkişafının, insanların yüksəkrifahının təmin edilməsinə xidmət edir.

Azərbaycanın iqtisadi uğurları beynəlxalq maliyyə qurumlarıtərəfindən də yüksək qiymətləndirilir. Dünya Bankınınhesabatlarında Azərbaycan dünyanın ən çox islahat aparan ölkəsikimi yer alır. Genişmiqyaslı islahatlar nəticəsində Azərbaycandamünbit sərmayə iqlimi yaradılmışdır. Azərbaycan rəqabətqabiliyyətliiqtisadiyyata malik ölkə kimi tanınır və nüfuz qazanır. İndiyədəkAzərbaycan iqtisadiyyatına 350 milyard dollara yaxın investisiyanınyatırılması mühüm məqamların, xüsusilə ölkəmizin investisiyacəlbediciliyinin təqdimatıdır.

Qlobal siyasətdə artan nüfuz və təsir gücü

Azərbaycanın iqtisadi müstəqilliyinin mökkəmləndirilməsi onunbeynəlxalq nüfuzunun yüksəlməsində də əhəmiyyətli rol oynayır.Başqa sözlə ifadə etməli olsaq bu gün Azərbaycanın beynəlxalqmünasibətlər sistemində artan rolu xarici siyasət uğurlarınındavamlılığında özünün aydın ifadəsini tapır. Belə ki, həyatakeçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlərsistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regionaltəşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığındərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyüuğurlu xarici siyasət nəticəsində ölkəmiz 2011-ci ildə BMTTəhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, nüfuzlubeynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. 155dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvseçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu QoşulmamaHərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanınbeynəlxalq miqyasda artan nüfuzunu və qüdrətini göstərir. Dünyadasülhün və konstruktiv əməkdaşlığın vacibliyini yorulmadan təbliğedən Prezident İlham Əliyevin beynəlxalq təşəbbüsləri mühüməhəmiyyət kəsb edir. Qoşulmama Hərəkatının sədri qismində Prezidentİlham Əliyevin təşəbbüsü ilə 2020-ci ilin dekabrında BMT BaşAssambleyasının COVID-19 pandemiyası ilə mübarizəyə həsr edilmişXüsusi Sessiyası keçirildi. 2021-ci ildə BMT Baş Assambleyasının76-cı sessiyası çərçivəsində Qoşulmama Hərəkatının sədri qismindəAzərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatınınüzvləri adından irəli sürülmüş “COVID-19 əleyhinə peyvəndlərəbərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təminedilməsi” adlı qətnamə BMT üzv dövlətləri tərəfindən qəbulolundu.

Azərbaycanın ayrı-ayrı dövlətlərlə ikitərəfli və beynəlxalqtəşkilatlar çərçivəsində əlaqələri yüksələn xətlə inkişaf edir.Ölkəmiz İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ən fəal və nüfuzluüzvlərindən biridir. Azərbaycan son illərdə İƏT-in bir necəkonfransına ev sahibliyi etmişdir. 2017-ci il Prezident İlhamƏliyevin Sərəncamı ilə Azərbaycanda “İslam Həmrəyliyi İli” elanolundu və həmin ilin may ayında İƏT-in möhtəşəm idman tədbiri - IVİslam Həmrəyliyi Oyunları Bakıda keçirildi. ISESCO tərəfindən 5 minillik qədim tarixə malik Naxçıvan şəhəri 2018-ci il üçün, Şuşaşəhəri isə 2024-cü il üçün İslam mədəniyyətinin paytaxtı seçildi.2026-cı ildə isə ölkəmiz İslam Əməkdaşlıq Təşkilatına sədrlikedəcək.

Azərbaycanın qlobal mədəniyyətlərarası dialoqun ünvanlarındanbirinə çevrilməsi ölkəmizin beynəlxalq statusunun və beynəlxalqtərəfdaşlarının sayının artmasına səbəb olub. Azərbaycanda davamlıolaraq Bakı Beynəlxalq Humanitar Forumu, ÜmumdünyaMədəniyyətlərarası Dialoq Forumu, habelə BMT SivilizasiyalarAlyansının VII Qlobal Forumu, UNESCO-nun xüsusi sessiyalarının vəonlarla digər əhəmiyyətli tədbirlərin keçirilməsi nəticəsində Bakıqlobal münasibətlər sistemində nüfuzlu beynəlxalq siyasimeydanlardan birinə çevrilib. Azərbaycan “Sülh naminə tərəfdaşlıq”Proqramı çərçivəsində NATO-nun etibarlı və fəal tərəfdaşıdır.Ölkəmiz NATO-nun “Sülh naminə tərəfdaşlıq” Proqramı çərçivəsində1994-cü ildən Alyansın proqramlarında fəal iştirak edir. AzərbaycanOrdusu NATO standartlarına uyğunlaşdırılır və bu çərçivədə Türkiyəordusu ilə sıx əməkdaşlıq mövcuddur. Bu mühüm məqamı da xüsusi qeydetməliyik ki, Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı, müttəfiqliyibeynəlxalq əməkdaşlığın yeni formatını və etibarlılıq nümunəsinitəqdim edir. Azərbaycan Prezidenti İlham Əliyev və TürkiyəPrezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 2021-ci il iyunun 15-dəŞuşada imzalanmış Bəyannamə iki ölkə və onun xalqları arasındakıdostluq və qardaşlıqdan çıxış edərək Azərbaycan və Türkiyəarasındakı münasibətləri keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinəqaldırdı.

Ümumilikdə türk dövlətləri ilə münasibətlərin möhkəmləndirilməsiAzərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir.Türk dünyasını böyük ailə kimi dəyərləndirən Prezident İlhamƏliyevin bu birliyin möhkəmləndirilməsinə töhfələri quruma üzvdövlətlər tərəfindən yüksək dəyərləndirilir. Dövlət başçısı İlhamƏliyevin Türk Dünyasının Ali Ordeninə layiq görülməsi də bununbariz nümunəsidir. Reallıq budur ki, 2009-cu ildə Naxçıvan Zirvəgörüşündən ötən müddət ərzində türk dövlətlərinin əməkdaşlıqəlaqələri müxtəlif sahələrdə təsisatlanıb. Bu gün Türk DövlətləriTəşkilatı (TDT) beynəlxalq səviyyədə böyük siyasi çəkiyə və nüfuzamalikdir. Son iki il ərzində Prezident İlham Əliyevin TDT-yə üzv vəmüşahidəçi dövlətlərə 20-dən artıq səfəri olub. Qardaş dövlətlərinrəhbərləri də həmin dövr ərzində Azərbaycana çoxsaylı səfərlərediblər. 2024-cü ilin iyul ayında Şuşa şəhərində keçirilmiş TDTDövlət Başçılarının qeyri-rəsmi Zirvə Görüşündə imzalanmış QarabağBəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir.Həmçinin 2025-ci il mayın 21-də Budapeştdə TDT Dövlət Başçılarınınqeyri-rəsmi Zirvə Görüşü, oktyabrın 7-də isə Qəbələdə TDT DövlətBaşçıları Şurasının 12-ci Zirvə Görüşü keçirildi və Bəyannaməimzalandı.

Xalqa Zəfər bəxş edən Müzəffər Ali Baş Komandan və Qalibordu

Azərbaycanın iqtisadi nailiyyətləri ordu quruculuğu sahəsində dəuğurlu addımları şərtləndirir. Ümummilli Lider Heydər Əliyevinmüstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən AzərbaycanSilahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevinrəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər orduyaçevrilib. Azərbaycanda 2003-cü ildən etibarən ordu quruculuğuməsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən olunmuşdur.Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Ordusunudünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə SilahlıQüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasirinfrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi,mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinininkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusidiqqət ayrılıb. Azərbaycanda son illərdə formalaşan və dinamikinkişaf edən hərbi sənaye hesabına müxtəlif növ hərbi texnika,zirehli maşınlar, pilotsuz uçuş aparatları, atıcı silahlar istehsalolunur. Azərbaycan öz zavodlarında istehsal etdiyi hərbi təyinatlıməhsullarla ordumuzu əhəmiyyətli dərəcədə təchiz edə bilir.Azərbaycanda mindən çox hərbi təyinatlı məhsul istehsal edilir.Dünyanın aparıcı beynəlxalq sərgilərində Azərbaycanın hərbiməhsulları nümayiş olunur. Bu cür nailiyyətlər Azərbaycana özordusunu zəruri silah, sursat və texnika ilə təchiz etmək üçünəvəzsiz imkanlar yaradıb. Milli Ordunun müdafiə qüdrətinin və döyüşqabiliyyətinin artırılması, maddi-texniki təchizatınınyaxşılaşdırılması daim diqqət mərkəzindədir.

Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlhamƏliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində,2023-cü ilin sentyabrında həyata keçirdiyi bir günlük antiterrortədbirlərində hansı gücə malik olduğunu nümayiş etdirdi. AzərbaycanOrdusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurluəks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbəvə 286 kənd işğaldan azad edildi. 2023-cü ilin sentyabrındasuverenliyimizin bütün ölkə ərazisində tam bərpası ilə Xankəndidə,Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda Azərbaycan Bayrağıucaldıldı.

Azərbaycan yalnız döyüş meydanında deyil, informasiya cəbhəsindədə üstünlüyünü qorudu. Prezident İlham Əliyevin Vətən müharibəsidövründə dünyanın ən nüfuzlu media qurumlarına verdiyi 30-dan çoxmüsahibədə münaqişə ilə bağlı əsl həqiqətlər beynəlxalqictimaiyyətə çatdırıldı. İnformasiya savaşının əsas konturlarınıtəşkil edən bu müsahibələr milli mətbuatımızın fəaliyyətinəistiqamət verdi. Müzəffər Ali Baş Komandanın müharibə ilə bağlımüsahibələri XXI əsr üçün yeni üslub, yeni model nitq strategiyasıkimi qəbul edildi. Müsahibələri real mübarizə vasitəsinə çevirənAzərbaycan Prezidenti bu müharibədə də qalib gəldi. Müzəffər AliBaş Komandan xarici media qurumlarına müsahibələri ilə münaqişəyəmünasibətdə dünya ictimaiyyətində uzun illər ərzində formalaşmışfikirləri dəyişdirməyə müvəffəq oldu.

Demokratik inkişaf yolu

Ötən 22 il demokratik təsisatların inkişafı, milli həmrəyliyin,sağlam əməkdaşlıq mühitinin və siyasi dialoqun təşviqi baxımındanda diqqətçəkəndir. Ulu Öndər Heydər Əliyevin siyasi kursunu bütünsahələrdə uğurla davam etdirən Prezident İlham Əliyev iqtisadi vəsiyasi islahatların vəhdətliyinin təmin edilməsi üçün mühümaddımlar atır. Daim bu məqam önə çəkilir ki, elə ölkələr var ki,demokratik inkişaf baxımından yüksək səviyyədədir, amma iqtisaditərəqqidən söhbət gedə bilməz. Elə ölkələr də var ki, iqtisadiinkişaf yüksəkdir, demoratiyanın inkişafından danışmaq çətindir.Amma Azərbaycan hər iki baxımdan diqqətdədir. Ölkəmizdədemokratikləşmə prosesi sadəcə bir şüar, niyyət deyil, Azərbaycanınhərtərəfli inkişafı üçün əsasdır. Dövrün, zamanın tələblərinə uyğunolaraq reallıqların yeniləşməsi islahatların davamlı aparılmasınıvacib vəzifə kimi müəyyən edir. Dövlət başçısı İlham Əliyevinhəyata keçirdiyi islahatlar Azərbaycanın dayanaqlı inkişafınınəsasıdır. Ölkə Prezidenti İlham Əliyev dövlət və cəmiyyətininkişafı naminə sağlam əməkdaşlıq mühitini yaratdı. Siyasi dialoquvə əməkdaşlıq mühitini təşviq edən Prezident İlham Əliyev bildirir:“Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz. Ümumiməsələlər Qarabağ məsələsidir. Ümumi məsələlər siyasi partiyalarınfəaliyyətidir, demokratiyanın inkişafıdır, iqtisadi azadlıqlarınbərqərar olmasıdır, ölkəmizin güclənməsidir. Bu gün bu siyasidialoq aparılır. Mən bunu çox təqdir edirəm. Hesab edirəm ki,ölkəmizin gələcək siyasi sisteminin təkmilləşməsi üçün bunun böyükəhəmiyyəti var.”

Ölkədə aparılan islahatlar kursunun tərkib hissələrindən birikimi 2019-cu ildə Prezident Administrasiyasında yeni Siyasipartiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsininyaradılması da bu məqsədə xidmət edir. Şöbənin müdiri ƏdalətVəliyev mütəmadi olaraq siyasi partiyaların rəhbərləri ilə görüşlərkeçirir, aktual məsələlər ətrafında fikir mübadiləsi aparır. Ölkədəfəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyətinin siyasidialoq proseslərinin fəal iştirakçıları olması faktı siyasihəmrəyliyin təzahürüdür. Görülən işlərin məntiqi nəticəsidir ki,iqtidar-müxalifət dialoqu artıq ölkəmizin gündəlik siyasitəcrübəsinə daxil olmuş və davamlı şəkildə inkişaf edir. Bu birlik,həmrəylik dünyaya səs salan 44 günlük İkinci Qarabağ savaşındaözünü daha aydın nümayiş etdirdi. 50-dən artıq siyasi partiyadövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyatakeçirdiyi siyasətə dəstəklərini və onun ətrafında birləşdikləriniimzaladıqları birgə Bəyanatda ifadə etdilər.

“Siyasi partiyalar haqqında” yeni Qanunun qəbul edilməsiölkəmizdə bütün partiyaların normal fəaliyyətinin prioritetliyinibir daha təsdiqlədi. Həmçinin 10 siyasi partiyanın VI çağırış, 11siyasi partiyanın isə VII çağırış Milli Məclisdə təmsil olunmasıbilavasitə ölkədə yaşanan demokratik münasibətlərin təzahürüdür.2024-cü il 7 fevral tarixində keçirilmiş prezident seçkilərindəqeydiyyata alınmış 7 namizəddən 5-i məhz siyasi partiyalartərəfindən irəli sürülmüşdü. Ölkədə formalaşmış yeni siyasimədəniyyətin bariz nümunəsi olaraq prezident seçkilərindən sonrailk dəfə 18 siyasi partiya rəhbəri seçkilərin demokratik və şəffafkeçirilməsi haqqında bəyanat verərək Prezident İlham Əliyevi qələbəmünasibəti ilə təbrik etmişlər. 2025-ci ilin 29 yanvar tarixindəkeçirilən bələdiyyə seçkilərində ölkədə mövcud olan 26 siyasipartiyadan 23-ü həm namizəd, həm də müşahidəçi irəli sürməklə seçkiprosesinə qatılmışdı.

İnsan hüquqlarının qorunması və humanizm prinsipləriprioritetdir

Ölkəmizdə insan hüquqlarının qorunması, yeni müdafiəmexanizmlərinin müəyyənləşdirilməsi də demokratik inkişafın əsasgöstəricilərindəndir. İnsan hüquqlarının müdafiəsi sahəsindəaparılan islahatların davam etdirilməsi məqsədilə Prezident İlhamƏliyevin 28 dekabr 2006-cı il tarixli Sərəncamı ilə “AzərbaycanRespublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli FəaliyyətPlanı”nı təsdiq edilməsi, bunun davamı olaraq ölkə Prezidentinin 27dekabr 2011-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasındainsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaqsahəsində Milli Fəaliyyət Proqramı”nın uğurlu icrası, 18 iyun2007-ci il tarixli Sərəncamla İnsan Hüquqları Gününün təsisedilməsi bu reallığın təsdiqidir ki, insan amili dövlət siyasətininəsasında dayanır.

Ulu Öndər Heydər Əliyevin siyasi kursuna sadiqlik son 22 ildəhumanizm prinsiplərinə söykənərək imzalanan əfv sərəncamlarından,həmçinin qəbul olunan Amnistiya aktlarından da aydın görünür. Bununüçün Prezident İlham Əliyevin ümumbəşəri humanizm dəyərlərinəsadiqliyini əks etdirən mühüm təşəbbüslərini yada salmaqkifayətdir. Cənab İlham Əliyev tərəfindən 2003-2025-ci illərərzində 39 əfv Sərəncamı imzalanıb və onlar 7060 nəfərə şamilolunub. Həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Prezident İlhamƏliyevin təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr - Zəfər Günümünasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərəşamil edilib. Suverenliyimizin bərpasının, Konstitusiyamızın alihüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasınınxalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq,Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elanedilməsi təşəbbüsünü irəli sürdü. Artıq icrasında başlananAmnistiya aktı tətbiq edilən şəxslərin, o cümlədən azadlıqdanməhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ənböyük amnistiyadır. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindənçox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan, 5 mindən çoxməhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmincəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı,7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digərcəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çoxşəxsin cinayət məsuliyyətindən azad ediləcəyiproqnozlaşdırılır.

1995-ci ildə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə işlənibhazırlanan və referendum yolu ilə qəbul olunan Konstitusiyamıza2003-cü ildən bu günədək iki dəfə əlavə və dəyişikliklərin edilməsiməqsədilə ümumxalq səsverməsinin keçirilməsi də insan amilinəverilən dəyəri nümayiş etdirir.

Son 22 ildə azad mətbuatın inkişafı, seçkilərin demokratik,beynəlxalq standartlara uyğun keçirilməsi istiqamətində də mühümaddımlar atılıb. Bu gün ölkəmiz söz və mətbuat azadlığının yüksəksəviyyədə təmin olunması sahəsində dünyada ön sıralarda yer alır.Azərbaycan KİV-lərin sayına görə MDB və Şərqi Avropa ölkələriarasında lider mövqedə dayanır. Sürətlə inkişaf edən internetresursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısınaçevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacınınödənilməsində əhəmiyyətli rol oynayır. Ölkəmizdə internet azaddır,heç bir məhdudiyyət yoxdur. Yeni “Media haqqında” Qanunun qəbuluazad mətbuatın qarşısında açılan imkanların təqdimatıdır.Ümumilikdə demokratik islahatlar Azərbaycanın dünəninin, bugünününvə gələcəyinin əsasıdır.

Yeni Azərbaycan Partiyası daim ölkəmizin inkişafına öztöhfələrini verir

Ölkəmizdə gedən bütün proseslərin mərkəzində dayanan YeniAzərbaycan Partiyası siyasi sistemin təkmilləşdirilməsində mühümrol oynayır. Yaradıcısı Ulu Öndər Heydər Əliyev olan, Prezidentİlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edən Yeni AzərbaycanPartiyası qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilədaim ölkəmizin inkişafına, siyasi sistemin təkmilləşdirilməsinə öztöhfələrini verir. Onu da qeyd edək ki, tarixi Zəfərimizinreallıqları fonunda 2021-ci ilin 5 mart tarixində VII qurultayınıkeçirən Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsi təsdiqolundu, yeni tərkib formalaşdı, qərarlar qəbul olundu. Prezidentİlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidentiMehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası SədrininBirinci müavini təyin edilməsi qarşıdakı dövr üçünmüəyyənləşdirilən hədəflərə yüksək səviyyədə nail olacağımızışərtləndirdi. Partiyanın “Biz birlikdə güclüyük!” devizi altındatəsdiqlənən Proqramında hədəflər və onların icra mexanizmi özəksini tapıb. Təbii ki, əsas çağırışlardan biri hazırkı dövrün əsashədəfi olan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinə, BöyükQayıdış Proqramının icrasına dəstək olmaqdır. Yeni AzərbaycanPartiyasının hər bir üzvü qalib Azərbaycanın uğurlarından böyükqürur hissi keçirir, yeni hədəflərin reallığa çevrilməsinə öztöhfələrinin verməyə çalışır.

Uğurlarımızı şərtləndirən amillərə nəzər salmaqla buümumiləşdirməni apara bilərik ki, tariximizə Zəfər və DövlətSuverenliyi günlərinin yazılması dünənimizin, bugünümüzün vəgələcəyimizin aydın mənzərəsini yaradır. 44 günlük İkinci Qarabağmüharibəsi gənclərimizin Vətən, torpaq sevgisinin təqdimatı oldu.Bir daha sübut olundu ki, torpaq, əgər uğrunda ölən varsa,Vətəndir. Dövlətimizin tarixi Zəfərimizin əbədiləşdirilməsiistiqamətində atdığı addımlar davamlıdır. Bu addımlar 44 günlükVətən müharibəsində dastan yazan oğulların vətənpərvərlikməktəbindən öyrənməyə, onları unutmamağa bir çağırışdır. Azadedilmiş ərazilərimiz üzrə şəhər günləri təsis edildi. İndiki vəgələcək nəsillər tariximizin hər bir səhifəsini, o cümlədən Zəfərsəhifəsini daim yaddaşında saxlamalı, tariximizi öyrənməli vətorpaqlarımızın azad edildiyi günləri yaddaşına həkk etməlidir.Şəhidlərimizin qanı, canı bahasına yazılan bu tarixləri unutmağahaqqımız yoxdur.

Müzəffər Ali Baş Komandan İlham Əliyev adını tariximizətorpaqlarımızın xilaskarı kimi qızıl hərflərlə yazdı

Ərazi bütövlüyümüzün bərpası və xalqımızın mədəniyyət beşiyihesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin Zəfərzirvəsidir. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevadını tariximizə torpaqlarımızın xilaskarı kimi qızıl hərflərləyazdı. Bu gün harada yaşamasından asılı olmayaraq hər birazərbaycanlı qürurludur. İşğaldan azad edilmiş ərazilərimizquruculuq meydanını xatırladır. Bərpa və quruculuq işləri genişvüsət alıb. Azərbaycan yalnız özünün maliyyə resurslarınaarxalanaraq sıfırdan yeni şəhər və kəndlər salır. Artıq 6 şəhər, 2qəsəbə və 20-dən artıq kənd sakinlərinə qovuşub. Qarabağımız vəŞərqi Zəngəzurumuz cənnət məkana çevrilir. Bu ərazilərimizşəhərsalmanın Azərbaycan təcrübəsini dünyaya təqdim edir.

Hər bir vədini əməli fəaliyyəti ilə həyata keçirən Prezidentəxalqın sevgisi şəksizdir. Möhtərəm Prezidentimiz İlham ƏliyevAzərbaycanı gücləndirdi, qalibiyyətimizi şərtləndirən bütünamillərin yaradılmasına nail oldu və sonda azadlığına qovuşacağını30 il səbirsizliklə gözləyən torpaqlarımıza “Biz gəldik və buradaəbədi olacağıq” söylədi. Prezident İlham Əliyevin qalib Lider kimiişğaldan azad edilmiş ərazilərimizə davamlı səfərləri bu torpaqlaraəbədi gəlişimizin təsdiqidir. Bugünümüzün reallıqları, eynizamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımƏliyevanın “Qoy bizim üçrəngli bayrağımız suveren, qüdrətliAzərbaycan səmasında əbədi dalğalansın!”, "Qoy Uca Tanrı hər birazərbaycanlıya müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin!" kimiistəklərinin təsdiqidir.

Tarixi Zəfərimiz bütün regiona sülh və davamlı inkişaf imkanıqazandırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin gələcəyəxidmət edən strategiyası sayəsində regionun beynəlxalq statusudəyişmiş və bölgə ölkələrinin inkişafı üçün yeni imkanlaraçılmışdır. Qarabağ münaqişəsinin həlli regionun təhlükəsizliyi vəinvestisiya cəlbediciliyi baxımından strateji əhəmiyyətə malikdir.Qələbə nəticəsində işğaldan azad edilmiş ərazilərin ölkənin ümumiiqtisadiyyatına reinteqrasiyası, yeni beynəlxalq və regionalnəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaqAzərbaycanın inkişafına böyük təkan verəcək. Bu il sülhmüqaviləsinin imzalanması istiqamətində mühüm uğurlara imza atıldı.Dövlətimizin başçısı İlham Əliyevin avqustun 8-də ABŞ-a işgüzarsəfəri zamanı əldə edilən razılaşmalar bunun təsdiqidir. Azərbaycanhər zaman sülhün, təhlükəsizliyin tərəfdarıdır. Bölgədə dayanıqlısülhün təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifəninaçılması üçün ölkəmizin qarşı tərəfə sülh təklifini etməsi və bunanail olmaq üçün atdığı addımlar bütün məqamları özündə ehtivaedir.

Növbəti hədəf Qərbi Azərbaycana qayıdışdır

Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevinəminliklə qeyd etdiyi kimi, gün gələcək və Qərbi Azərbaycandan olansoydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixidiyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Bunu deməyə əsasverən bir çox amillər var. Onlardan yəqin ki, ən önəmlisixalqımızın tarixi yaddaşıdır. Ermənilər Qarabağdakı kimi, QərbiAzərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksanediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silməkistəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var,sənədlər var, xəritələr var.

Bir sözlə, 22 ilin uğurları gələcəyə böyük inamla addımlamağastimul verir. Prezident İlham Əliyevin qarşıya qoyduğu bu hədəf hərbir Azərbaycan vətəndaşına çağırışdır- Biz daim irəlibaxmalıyıq!

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan cənab İlhamƏliyevi doğum günü münasibətilə təbrik edir, ərazi bütövlüyünün vəsuverenliyinin bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın dahada gücləndirilməsi, yeni Zəfərlərə doğru irəliləməsi yolundayorulmaz fəaliyyətində uğurlar, möhkəm cansağlığı arzulayırıq!

Chosen
24
5
az.trend.az

6Sources