Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi doğum gününüz münasibətilə “Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və Dostluq Cəmiyyətinin üzvləri ürəkdən təbrik edirik.
Biz, Küveytdə yaşayan azərbaycanlılar Sizin uzaqgörən siyasətinizi dəstəkləyirik, Sizin kimi Prezidentimizin olması ilə fəxr edirik.
Siz Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı olaraq bir çağırışınızla bütün Azərbaycan xalqını, xüsusilə də gəncləri Vətənimizin ərazi bütövlüyü uğrunda mübarizədə tək bayraq altında birləşdirən və “dəmir yumruğa” çevirən, tarix yazan böyük Lider, qüdrətli sərkərdəsiniz.
Cənab Prezident, bu gün Siz dünya azərbaycanlılarının qürur mənbəyinə çevrilmisiniz. Fürsətdən istifadə edərək Sizi və ailə üzvlərinizi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik edirik.
Sizə uzun ömür, cansağlığı, əzmkar fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Allah Sizi və ailənizi qorusun!
Hörmətə,
Könül Hacızadə
“Vətənsevər” Azərbaycan-Küveyt Mədəniyyət və
Dostluq Cəmiyyətinin sədri