EN

Ansu Fati "Barselona"ya qayıdacaq

Fransanın "Monako" klubu mövsümün sonunda "Barselona"ya qayıdacaq ispaniyalı cinah oyunçusu Ansu Fatinin icarə müddətini uzatmamaq qərarına gəlib.
 
Moderator.az xarici mediaya istinadla xəbər verir ki, "Monako" 23 yaşlı futbolçunun davamlı zədə problemləri səbəbindən Fati ilə tərəfdaşlığına son qoyur.
 
Ansu Fati ötən yay “Monako”ya bir illik icarə əsasında keçmişdi. O, Fransa klubunun heyətində 14 oyunda iştirak edib və altı qol vurub. Lakin futbolçu bu ilin dekabrında budun arxa əzələsindən zədə alıb və hələ də bərpa prosesini davam etdirir. Onun yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik məlum deyil.
 
Chosen
48
moderator.az

1Sources