EN

Ronaldo bu adada 8 milyona 2 villa aldı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo və nişanlısı Corcina Rodriges Qırmızı dənizdəki bir adada 8 milyon avroya iki villa alıblar.

Publika.az xəbər verir ki, Səudiyyə Ərəbistanındakı materikdən təxminən 26 kilometr məsafədə yerləşən Nujuma kurortuna yalnız qayıq və ya dəniz təyyarəsi ilə getmək olar.

“Qırmızı dəniz həqiqətən də möhtəşəm bir yerdir. İlk səfərimizdən etibarən Corcina ilə adanın təbii gözəlliyi ilə bir əlaqə hiss etdik – bu, özümüzü dinc və əmin-amanlıqda hiss etdiyimiz bir yerdir.

İndi burada evimiz olduğuna görə istənilən vaxt ailəmizlə tam gizlilik və əmin-amanlıq içində vaxt keçirə bilərik”, – deyə Kriştiano Ronaldo bildirib.

Publika.az

Chosen
44
publika.az

1Sources