Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Cari ilin 11 ayı ərzində Azərbaycanda 16 sığorta şirkətinin xətti ilə 1 milyard 365 milyon 354 min manat sığorta haqqı toplanılıb.
Oxu.Az rəsmi statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 11.7% çoxdur.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 844 milyon 833 min manat olub. Bu isə illik müqayisədə 21.7% çoxdur.
Ən çox sığorta haqqı yığan şirkət "Paşa Həyat Sığorta" ASC olub - 619 milyon 180 min manat. Son 11 ayda ASC 521 milyon 122 min manat sığorta ödənişi edib.
İkinci yerdə "Paşa Sığorta" ASC qərarlaşıb. Şirkət 11 ay ərzində 321 milyon 892 min manat sığorta haqqı yığıb, 126 milyon 496 min manat isə ödəniş edib.
Üçüncü yerdə qərarlaşan "Atəşgah Həyat" Sığorta Şirkəti ASC 99 milyon 242 min manat yığıb, 63 milyon 317 min manat isə ödəyib.
Elmidar Əliyev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.