"O yanı qaya, bu yanı qaya, içindÉ™ sarı maya”.
Tapmacanın açmasını bilməyən tapılmaz. Bu, yumurtadır. Bol vitaminlər, proteinlər, makro və mikroelementlər, antioksidantlar və digər bioloji aktiv maddələrlə zəngin olan yumurtanın tərkibi barədə hamımızın məlumatımız var. Yumurta özü ilə yanaşı, qabığı da faydalıdır.
Hit.az xəbər verir ki, yumurta qabığı orqanizm tərəfindən asanlıqla həzm edilən zəngin kalsium mənbəyidir.
Yumurta qabığının 90 faizi kalsium karbonatdan ibarətdir. Yalnız belə kalsium orqanizm tərəfindən asanlıqla həzm edilir. Üstəlik, yumurta qabığında mis, ftor, dəmir, manqan, molibden, fosfor, kükürd, sink, silisium və bir çox digər vacib mikroelementlər vardır.
Gündəlik rasionumuz silisium və molibden sarıdan kasaddır, halbuki həmin elementlər biokimyəvi reaksiyaların normal gedişi üçün zəruridir.
Yumurta qabığı balaca uşaqlara da çox faydalıdır. Xüsusən qanı aşağı və raxit uşaqların yeməyinə yumurta qabığı əlavə etmək lazımdır.
Sevinc