EN

Fransalı futbolçu karyerasını İtaliya A Seriyasında davam etdirə bilər

Fransanın "Marsel" klubunun hücumçusu Nil Mope karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

"Far.Az" "FootMercato" nəşrinə istinadən xəbər verir ki, adıçəkilən futbolçunun xidmətində "Piza" kollektivi maraqlıdır.

O, Liqa 1 təmsilçisinə cari mövsümün əvvəli transfer olsa da, cəmi 3 oyunda meydana çıxıb. Daha çox forma geyinmək şansı qazanmaq istəyən fransalı oyunçu özünü başqa komandada sınamaq istəyir.

Qeyd edək ki, Nil Mopenin yolu daha əvvəl İngiltərədən də keçib. O, Premyer Liqada "Brentford", "Brayton" və "Everton" kimi klublarda çıxış edib.

Chosen
86
far.az

1Sources