EN

Zəngilana köç edən sakin: "Bu gün tək qayıdış deyil, illərin həsrətinin bitdiyi gündür

BAKI, 25 dekabr. TELEQRAF

Zəngilan rayonuna köç edən Anar Süleymanov yurduna qayıdışın yaratdığı duyğulardan danışıb.

Teleqraf xəbər verir ki, Anar Süleymanov uzun illərdən sonra doğma torpağına qohumları ilə birlikdə qayıtdığını bildirib.

Onun sözlərinə görə, bu günün yaşanması böyük qürur və sevinc hissi doğurur: “Çox şükür ki, bu günü görmək bizə qismət oldu. Bu, təkcə qayıdış deyil, illərin həsrətinin bitdiyi gündür”.

A.Süleymanov qeyd edib ki, bu tarixi gün Azərbaycanın qazandığı qələbənin nəticəsidir: “Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Cənab Prezidentimizin güclü liderliyi sayəsində bu gün doğma yurdumuza qayıdırıq”.

Chosen
60
teleqraf.com

1Sources