EN

Makron ABŞ-ın Avropa rəsmilərinə qarşı viza qadağasını pisləyib

Fransa prezidenti Emmanuel Makron ABŞ-ın keçmiş Aİ Daxili Bazar Komissarı Tyerri Breton və digər dörd Avropa rəsmisinə qarşı viza qadağasını tənqid edib.

Doğru.az xəbər verir ki, prezident çıxışında yazıb: “Bu tədbirlər Avropanın rəqəmsal suverenliyini sarsıtmağa yönəlmiş qorxutma və məcburiyyətdir”. O əlavə edib ki, Aİ-nin rəqəmsal məkanını tənzimləyən qaydalar “Avropadan kənarda müəyyən edilməməlidir”.

Qeyd olunur ki, bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio Amerika platformalarını və spikerlərini senzura etməyə cəhd göstərdiklərinə görə beş fəala giriş qadağası qoyduğunu açıqlamışdı.

Bununla yanaşı, Rusiya Prezidenti yanında Xarici Ölkələrlə İnvestisiya və İqtisadi Əməkdaşlıq üzrə Xüsusi Nümayəndə və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri Kirill Dmitriyev Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin ABŞ-a girişinə qoyulan qadağa ilə bağlı zarafat edib.

DOĞRU.AZ 

Chosen
37
1
dogru.az

2Sources