EN

Hökümənin ən böyük arzusu Kəlbəcərdən ev almaq olub - Cəlil Əliyev

Bakı.Trend:

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (QSC)məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190”təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasından bir ilötür. “Embraer 190” təyyarəsində 62 sərnişin, 5 ekipaj üzvüolmaqla, ümumilikdə 67 nəfər olub. Baş verən təyyarə qəzasınəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb. Həyatınıitirənlərdən üçü ekipaj üzvü olub.

Prezident İlham Əliyev “Azərbaycan Hava Yolları” QSC-yə məxsus“Embraer 190” tipli sərnişin təyyarəsi Bakı–Qroznı (RusiyaFederasiyası) reysini yerinə yetirərkən baş vermiş qəza zamanıyüksək peşəkarlıq və şücaət göstərmiş şəxslərin təltif edilməsihaqqında Sərəncam imzalayıb. Sərəncama əsasən təyyarənin ekipajüzvlərinə - İqor İvanoviç Kşnyakin, Aleksandr GeorgiyeviçKalyaninov, Hökumə Cəlil qızı Əliyevaya ölümlərindən sonraAzərbaycanın Milli Qəhrəmanı adı verilib.

“Höküməsiz keçən bir ili təsvir belə edə bilmərəm. 10,20 və dahaçox illər də keçsə dərdimiz bizimlə yaşayacaq. İçimizdə yanğın,qasırğa, tufan hansı hiss axtarsanız var”.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Qəhrəman Hökümə Əliyevanınatası Cəlil Əliyev deyib.

O bildirib ki, Hökümənin ən böyük arzusu Kəlbəcərdən ev almaqolub.

“Qismət elə gətirdi ki, cənab Prezident İlham Əliyev özüailəmizə Kəlbəcərdə evin açarlarını təqdim etdi. Hazırda özümSamuxda yaşayıram, oğlum isə ailəsi ilə birlikdə Kəlbəcərdə həminevdə. Oğlum Kəlbəcərdə DOST mərkəzində çalışır”.

C.Əliyev qeyd edib ki, torpaqlarımız işğal olunduqdan sonraailəlikcə Rusiya və Azərbaycanın müxtəlif ərazilərindəyaşayıblar:

“Topraqlarımız işğaldan azad edilənədək məcburi köçkün kimiRusiya və Azərbaycanın müxtəlif ərazilərində, 2003-cü ildən isəSamuxda məskunlaşmışıq. Hökümədən soruşanda ki nə üçün stüardessakimi çalışmaq istəyirsən, deyirdi ki, müxtəlif şəhərlərdə yaşamışıqvə fərqli yerlərdə olmaq mənim hobbimdir. Hökümə Bakının Nəsimirayonunda özünə ev almışdı. Bir ildir ki, onun evinə yaxın gedəbilmirəm”,-deyə o bildirib.

Atası vurğulayıb ki, Hökümə çox sakit təbiətli, öz hüquqlarınıyaxşı bilən biri olub.

“Qızım 2016-cı ildən etibarən Azərbaycan Hava Yollarında əvvəlcətərcüməçi, sonra isə təyyarə bələdçisi kimi işləməyə başlayıb.2024-cü ilin sentyabrında Azərbaycan Hava Yollarında hüquqşünaskimi çalışmaq üçün imtahan vermişdi, məhz son (təyyarə qəzasınınbaş verdiyi) uçuşundan sonra yeni vəzifəsinin icrasınabaşlayacaqdı. Hökümə magistratura təhsili üçün LiverpulUniversitetinə qəbul olunmuşdu, lakin getməsinə icazəvermədim”.

C.Əliyev bildirib ki, Prezident İlham Əliyev onlarla görüşəndətəyyarə qəzasına səbəb olanların layiqli cəzalarını alacaqlarınıbildirib.

Hökümə Əliyevanın atası qızına olan hörmət və diqqəti xüsusivurğulayıb:

“Qazaxıstanda istehsal olunan zirehli hərbi ambulansaAzərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın adı verilib. Böyükhumanizm göstərdiyinə görə Hökümə Çingiz Aytmatov adına medal ilətəltif olunub. Polşada Azərbaycan Diaspora təşkilatı Tələbə GənclərTəşkilatı ilə birgə “Hökümə Əliyeva adına” təqaüd təsis edilib.Artıq 7 nəfər azərbaycanlı tələbə həmin təqaüddən yararlanır”.

C.Əliyev əlavə edib ki, Hökümənin ailəsi səbrsizliklə təyyarəqəzasınının baş verməsinə səbəb olanların yaxalanmasınıgözləyir.

“Yayda təyyarə qəzasının baş verdiyi əraziyə getdim oradanqayıdanda özümə gələ bilmirdim”,- deyə o əlavə edib.

Qeyd edək ki, iki gün öncə (dekabrın 23-ü) "Azərbaycan HavaYolları" QSC-nin (AZAL) ötən il dekabrın 25-də Qazaxıstanda qəzayauğrayan təyyarəsinə həsr olunmuş poçt markası buraxılıb. Poçtmarkasının dövriyyəyə buraxılışı AZAL və "Azərpoçt" MMC-nin birgətəşəbbüsüdür və Aktau yaxınlığında baş vermiş təyyarə qəzasınınildönümünə həsr edilib.

Chosen
55
6
az.trend.az

9Sources