EN

QHT 2026-cı ildə regional ekoturizmi gücləndirəcək - AÇIQLAMA

“Səma və Eko” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri İradə Həsənova QHT.az-a açıqlamasında təşkilatın gələcək planları və ötən ilin nəticələri barədə danışıb.

Onun sözlərinə görə, 2026-cı il üçün əsas prioritetlər ekoloji və ekoturizm layihələrinin regional miqyasda genişləndirilməsi, iqlim dəyişmələri və resursların qorunması mövzusunda praktik təcrübələrin həyata keçirilməsidir. Bununla yanaşı, sosial sahədə layihələrin artırılması, təşkilatın institusional inkişafı və davamlı maliyyə mexanizmlərinin qurulması da əsas hədəflər sırasındadır:

"Təşkilatımızın 2026-cı il üçün əsas prioritetləri ekoloji və ekoturizim layihələrin reqional miqyasda genişləndirilməsi, iqlim dəyişmələri və resusların qorunması mövzusunda praktik təcrübələrin həyata keçirilməsi, sosial sahədə layihələrin artırılması, təşkilatın institusional inkişafı və davamlı maliyyə mexanizmlərin qurulmasını təmin etmək.

2025- ci ildə əldə etdiyimiz yeniliklər və nəticələr isə ekoloji problemlərə ictimai maraq və həssasləq artdı, maarifləndirmə fəaliyyətləri daha çox praktik nəticələrə yönəldi, QHT-lərin yerli səviyyədə rolu gücləndi, sosial və ekoloji layihələrdə gənclərin iştirakı artdı. Ümumiyyətlə vətəndaş cəmiyyəti ölkənin dayanıqlı inkişafında getdikcə daha fəal rol oynayır". 

Sonda İradə Həsənova qeyd edib ki, qarşıdakı dövrdə də vətəndaş cəmiyyəti olaraq üzərlərinə düşən məsuliyyəti dərk edir, cəmiyyətin rifahı və ətraf mühitin qorunması naminə fəaliyyətlərini davam etdirməyə və daha genişmiqyaslı işlər görməyə qərarlıdırlar.

 

Pərvanə Fərhadqızı

Chosen
37
qht.az

1Sources