EN

Bakıda 2 nəfər dəm qazından öldü

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqaxəbər verir ki, Yasamal rayon Ü.Əkbərov küçəsində kirayə yaşayan Muradov Faiq Yusif oğlu hamam otağında çimərkən dəm qazından zəhərlənib.

Onun həyatını xilas etmək mümkün olmayıb.

Oxşar hadisə dünən Xəzər rayonunda da qeydə alınıb. Binə qəsəbəsinin Qardaşxan küçəsində fərdi yaşayış evində yaşayan Qasımova Xəyalə Asif qızı evdə dəm qazından zəhərlənərək ölüb.

Hər iki faktla bağlı rayon prokurorluqlarında araşdırma aparılır.


Chosen
43
7
manset.az

6Sources