"Bakı Metropoliteni" QSC-də istismar müddətini tamamlamış orta gərginlikli (6–10 kV) kabel xətlərinin demontajı və yeni kabellərin montaj işlərinə 3 951 009 AZN sərf olunacaq.
Pravda.az-ın xəbərinə görə, bu xidməti “Bakelektro” ASC görəcək.
Tərəflər arasında bağlanan müqaviləyə uyğun olaraq işlərin icrasına başlanılıb.
Cabir
Tarix: 25 Dekabr 2025, 09:26