EN

“ABŞ Ermənistanla Azəbaycan arasında müharibənin qarşısını aldı”

ABŞ dövlət katibi Marko Rubio ili yekunlaşdıraraq, diqqəti Ermənistan-Azərbaycan münasibətlərinə və Vaşinqtonda imzalanmış sülh bəyannaməsinə yönəldib.

"Yeni Sabah" xəbər verir ki, videomüraciətdə Rubio ABŞ-nin bir sıra beynəlxalq münaqişələrin qarşısını almağa və həll etməyə nail olduğunu qeyd edərək, diplomatik müdaxilənin vacibliyini vurğulayıb.

ABŞ dövlət katibi avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanmış sülh bəyannaməsinə toxunub:

"Azərbaycan və Ermənistan. Başlayıb dəhşətli fəlakətə çevrilə biləcək müharibənin qarşısı alındı".

O,  ABŞ Prezidentinin təhlükəsizliklə bağlı verdiyi əsas vədlərin yerinə yetirildiyini vurğulayıb: “Ən yaxşısı hələ gələcəkdədir”.


Telegram kanalımız
Chosen
65
yenisabah.az

1Sources