ABŞ dövlət katibi Marko Rubio ili yekunlaşdıraraq, diqqəti Ermənistan-Azərbaycan münasibətlərinə və Vaşinqtonda imzalanmış sülh bəyannaməsinə yönəldib.
"Yeni Sabah" xəbər verir ki, videomüraciətdə Rubio ABŞ-nin bir sıra beynəlxalq münaqişələrin qarşısını almağa və həll etməyə nail olduğunu qeyd edərək, diplomatik müdaxilənin vacibliyini vurğulayıb.
ABŞ dövlət katibi avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın iştirakı ilə imzalanmış sülh bəyannaməsinə toxunub:
"Azərbaycan və Ermənistan. Başlayıb dəhşətli fəlakətə çevrilə biləcək müharibənin qarşısı alındı".
O, ABŞ Prezidentinin təhlükəsizliklə bağlı verdiyi əsas vədlərin yerinə yetirildiyini vurğulayıb: “Ən yaxşısı hələ gələcəkdədir”.
Telegram kanalımız