xəbər verir ki, “Kan11” radiostansiyasının məlumatına görə, Rusiya ABŞ-nin icazəsi ilə iki ölkə arasında təhlükəsizlik razılaşması məsələsində gizli vasitəçi rolunu oynayır.
“Rusiya öz qoşunlarını İsrail sərhədi yaxınlığında Suriyanın cənubuna qaytarmaqda maraqlıdır, İsrail isə orada Türkiyəni gücləndirməkdənsə Rusiyanın mövcudluğuna üstünlük verir”,- məlumatda deyilir.
Xatırladaq ki, dekabrın 24-də “SANA” agentliyi Suriyanın keçid hökumətinin nümayəndələri – Xarici İşlər naziri Əsəd Şeybani və Müdafiə naziri Murhaf Əbu Kəsranın Moskvada Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli hərbi-texniki əməkdaşlığın inkişaf perspektivlərini müzakirə etmək üçün danışıqlar apardıqlarını bildirmişdi.
Xəbərdə Dəməşqin Moskva ilə müdafiə sahəsində əməkdaşlığının Suriyada və bütün Yaxın Şərq regionunda təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə yönəldiyi vurğulanırdı.