EN

Sədr: Təhsil Tələbə Krediti Fondu tərəfindən 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edilib

Sədr:

“Məzunların maliyyə savadlılığının artırılması və məşğulluqlarının dəstəklənməsi məqsədilə ödənişsiz təlimlər, təcrübə proqramları və karyera sərgilərində iştirak imkanları yaradılıb”.

1news.az xəbər verir ki, bunu Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin(TTKF) sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

“Əmək bazarına çevik çıxışı dəstəkləmək məqsədilə Fondun 4 illik fəaliyyəti dövründə kreditdən faydalanan 3000-dən çox tələbə və məzun təlim-təcrübə proqramlarına yönəldilib, 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edilib. Bu məqsədlə, 9 təhsil müəssisəsi, 7 dövlət qurumu, 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb”.

Chosen
48
1
1news.az

2Sources