AZ

TTKF 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edib

Bakı, 25 dekabr, AZƏRTAC

Əmək bazarına çevik çıxışı dəstəkləmək məqsədilə Təhsil Tələbə Krediti Fondunun (TTKF) 4 illik fəaliyyəti dövründə kreditdən faydalanan 3000-dən çox tələbə və məzun təlim-təcrübə proqramlarına yönəldilib.

AZƏRTAC xəbər verir ki, bunu TTKF-nin İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 4 illik fəaliyyətinə dair hesabat tədbirində deyib.

O bildirib ki, Fond tərəfindən 400-ə yaxın məzunun işlə təmin olunmasında vasitəçilik edilib: “Məzunların maliyyə savadlılığının artırılması və məşğulluqlarının dəstəklənməsi məqsədilə ödənişsiz təlimlər, təcrübə proqramları və karyera sərgilərində iştirak imkanları yaradılıb. Bu məqsədlə 9 təhsil müəssisəsi, 7 dövlət qurumu, 19 özəl şirkət ilə Anlaşma Memorandumu imzalanıb”.

Seçilən
30
1
azertag.az

2Mənbələr