EN

Təhsil Tələbə Krediti Fondu işəgötürənlərlə əməkdaşlığı genişləndirir

Təhsil Tələbə Krediti Fondu (TTKF) tələbə və məzunların əmək bazarına inteqrasiyasının gücləndirilməsi məqsədilə işəgötürənlərlə əməkdaşlığı genişləndirir.  Bunu fondun rəhbəri Bəhruz Əzimov 4 ilin hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, indiyədək 9 təhsil müəssisəsi, 7 dövlət qurumu və 19 özəl şirkət ilə əməkdaşlıq çərçivəsində Anlaşma Memorandumları imzalanıb.

Əməkdaşlıq çərçivəsində təhsil tələbə kreditindən yararlanmış 1 527 tələbə müxtəlif təlim proqramlarına cəlb edilib, 1 500 tələbə və məzun istehsalat və peşə təcrübəsinə yönləndirilib, nəticədə 350 məzun işlə təmin olunub.
O qeyd edib ki, Fond işəgötürənlərlə qurulan tərəfdaşlıqlar vasitəsilə kredit alan tələbələrin bilik və bacarıqlarının artırılmasını, onların real əmək bazarının tələblərinə uyğun hazırlanmasını və məşğulluq imkanlarının genişləndirilməsini hədəfləyir.

Fond gələcək dövrdə də dövlət və özəl sektorla əməkdaşlığın genişləndirilməsini, tələbə və məzunlar üçün yeni təlim, təcrübə və məşğulluq imkanlarının yaradılmasını planlaşdırır.

Gülnar Nazimqızı

Chosen
26
anews.az

1Sources