EN

Rusiya təyyarəsi təcili eniş etdi

Sankt-Peterburqdan Yakutska uçan "Yakutia Airlines" təyyarəsi texniki nasazlıq səbəbindən Moskvanın Vnukovo hava limanına eniş edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya KİV məlumat dərc edib.  

"İlkin məlumatlara görə, 24 dekabrda "Yakutia Airlines" şirkətinin Sankt-Peterburqdan Yakutska uçan Yak-488 reysi ilə uçan təyyarə texniki nasazlıq səbəbindən Vnukovo alternativ aerodromuna təhlükəsiz eniş edib", - deyə açıqlamada bildirilir.

Hazırda mütəxəssislər təyyarənin texniki vəziyyətini qiymətləndirirlər. 

Chosen
64
3
unikal.az

4Sources