EN

21 peşə təhsili müəssisəsi yenidən qurulacaq

2030-cu ilə qədər 21 peşə təhsili müəssisəsi yenidən qurulacaq, 2 peşə təhsili müəssisəsində isə əsaslı təmir işləri aparılacaq.

Azedu.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Səbuhi Rzayev Tələbə Təhsil Krediti Fondun 4 illik fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat tədbirində deyib.

O bildirib ki, peşə təhsilində əsas problemlərdən biri olan infrastruktur məsələsi artıq öz həllini tapmaqdadır:

"Bu səbəbdən düşünürəm ki, peşə təhsili alan və təhsilə yeni cəlb olunan, daha doğrusu, kredit mexanizmlərindən yararlanan tələbələrin sayı artacaq".

Chosen
18
1
azedu.az

2Sources