EN

Klimancaroda helikopter qəzası baş verib, 5 nəfər ölüb

Tanzaniyada Klimancaro dağlarında helikopter qəzası baş verib.

APA “Reuters”ə istinadən xəbər verir ki, nəticədə 5 nəfər həyatını itirib.

Tanzania mediası qəzanın helikopterin tibbi missiya həyata keçirərkən baş verdiyini bildirib.

Ölənlər arasında bələdçi, həkim, pilot və iki xarici turist var.

Turistlərin hansı ölkədən olduğu bilinmir.

Qeyd edək ki, hər il təxminən 50 000 turist Klimancaro dağlarına dırmanır.

Chosen
40
apa.az

1Sources