EN

Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib

Bakı. Trend:

2025-ci il dekabrın 24-də Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun növbəti iclası keçirilib.

Ali Məhkəmədən Trend-ə verilən məlumata görə, iclasda “Şəxsiyyət(qeyri-əmlak) hüquqlarının müdafiəsi haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun Qərar layihəsi müzakirəyəçıxarılıb və qəbul edilib.

Sonra “Xarici elementli kommersiya mübahisələrindəqanunvericiliyin tətbiqi təcrübəsi haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun 2023-cü il tarixli 16 nömrəliQərarında əlavə və dəyişiklik edilməsi barədə Plenumun Qərarlayihəsi müzakirə edilib və qəbul olunub.

“Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və yaxidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmətəcrübəsi haqqında” Azərbaycan Respublikası Ali MəhkəməsiPlenumunun 2001-ci il 1 noyabr tarixli 1 nömrəli Qərarındadəyişiklik edilməsi barədə Plenumun Qərar layihəsinin müzakirəsiaparılıb.

İclasda "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəziqərarlarında dəyişiklik edilməsi haqqında" Plenumun Qərar layihəsidə qəbul edilib.

Eyni zamanda 2024-cü ildə və 2025-ci ilin I yarımilliyindəSumqayıt Şəhər Məhkəməsində qanunvericiliyin tətbiqinin məhkəmətəcrübəsinə dair məsələləri üzrə və ədalət mühakiməsinin həyatakeçirilməsi vəziyyətinə dair məlumatlar dinlənilib.

Məqalədə:
Chosen
52
17
az.trend.az

10Sources