EN

Bu ölkədə keçirilən prezident seçkilərində Trampın adamı qalib gəldi

Honduras Milli Seçki Şurası (CNE) ABŞ prezidenti Donald Trampın dəstəklədiyi Milli Partiyanın nümayəndəsi Nəsri Asfuranı prezident seçkilərinin qalibi elan edib . Vətəninfo.az xəbər verir ki, bu barədə  BBC məlumat yayıb.

Asfura səslərin 40,3%-ni toplayaraq, mərkəz-sağ Liberal Partiyasından olan rəqibi Salvador Nəsrallanı (39,5% səs) az fərqlə geridə qoyub.

Asfura yazıb: “Honduras, mən idarə etməyə hazıram. Səni məyus etməyəcəyəm”.

Nəsrullah da öz növbəsində mətbuat konfransında seçkilərin nəticələrini qəbul etmədiyini bildirib, eyni zamanda tərəfdarlarını sakit olmağa çağırıb.

Səsvermə 30 noyabrda baş tutsa da, texniki problemlər səbəbindən səslərin sayılması iki dəfə təxirə salınıb.

Honduras Konqresinin prezidenti Luis Redondo da seçkilərin nəticələrini “tamamilə qanunsuz” adlandırıb.

İstefada olan prezident Xiomara Kastro dekabrın əvvəlində Trampın “müdaxiləsi” ilə seçkilərin nəticələrinin sarsıldığını bildirmişdi.

Daha əvvəl Tramp honduraslıları Asfuraya səs verməyə çağırmış və onu “azadlığın dostu” adlandırmışdı. ABŞ prezidenti həmçinin Asfura qalib gəlməsə, Honduraya maliyyə yardımını dayandıracağı ilə hədələmişdi. Tramp gözlənilməz bir addım ataraq ABŞ-da narkotik qaçaqmalçılığı ittihamı ilə 45 illik həbs cəzası çəkən keçmiş Honduras prezidenti Xuan Orlando Hernandezi əfv etmişdi.

Chosen
28
veteninfo.az

1Sources