EN

Rusiyada azotlu kokteyl içən şəxs ağır xəsarət ALIB

Ajans.az xarici KİV-ə istinadən xəbər verir ki,hadisə “Masa Oyunu” adlı kulinariya studiyasında baş verib. Məlumata görə, aşpaz Vasili qonaqları maye azotdan istifadə etməklə hazırlanan kokteyllər və krio-şou ilə təəccübləndirmək istəyib. Bu texnologiya içkinin tərkibindəki inqrediyentlərin sürətlə dondurulmasını nəzərdə tutur və kokteyl yalnız maye azot tam buxarlandıqdan sonra qəbul edilməlidir. Lakin aşpaz təhlükəsizlik qaydaları barədə iştirakçıları xəbərdar etməyib və hətta qonaqlardan birinə kokteyli dərhal içməyi təklif edib. 38 yaşlı Sergey içkini tövsiyəyə uyğun olaraq dərhal qəbul edib. Şahidlərin çəkdiyi görüntülərdə kişinin qəfil halının pisləşdiyi və kəskin ağrı hiss etdiyi görünür. Baza nəşrinin məlumatına görə, Sergey reanimasiya şöbəsinə yerləşdirilib və ona təcili tibbi müdaxilə göstərilib. Hazırda zərərçəkənin vəziyyəti stabildir və o, huşundadır. Hadisə ilə bağlı təhlükəsizlik qaydalarına əməl olunması məsələsi araşdırılır.

Chosen
73
Ajans.az

1Sources