EN

“Ekoloji və Aqrar İnkişaf” İctimai Birliyi 2025-ci ildə mühüm layihələr icra edib

"2025-ci il ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafı və ictimai əməkdaşlığın gücləndirilməsi, eləcə də Şuşada 18-19 oktyabr 2025-ci il tarixlərində " QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı",  Xankəndidə 20 oktyabr 2025-ci il tarixində "Konstitusiya və Suverenlik İli"nə həsr edilmiş "Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu" nun keçirilməsi ilə yadda qalan əlamətdar bir il kimi qiymətləndirilir".

Bu sözləri "Ekoloji və Aqrar İnkişaf" İçtimai Birliyinin sədri Yalçın Hacıyev QHT.az-a açıqlamasında bildirib. Onun sözlərinə görə, 2025-ci ildə təşkilatımız Qeyri-hökümət Təşkilatlarına Dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Orqanik istehsal və Aqrar İnnovasiyalar”  layihəsini icra etmişdir:

"Həyata keçirilən layihə çərçivəsində Gəncə şəhəri, Ağsatafa, Samux və Göygöl rayonlarında fermerlər, sahibkarlar və gənclər üçün maarifləndirici tədbirlər təşkil olundu. Möhtərəm Prezident İlham Əliyev Cənablarının elan etdiyi "Şəhərsalma və Memarlıq İli" çərçivəsində "Yaşıl,  Ekoloji Təmiz Şəhərsalma" layihəsinin təşviqi prioritet kimi müəyyənləşdirilib. Ölkəmizdə çalışdığımız sahə üzrə 2025-ci ildə həyata keçirilən tədbirlər nəticəsində torpaq və su ehtiyatlarından səmərəli istifadə, kənd təsərrüfatına müasir yanaşmaların tətbiqi və dayanıqlı inkişafında  nəticələr əldə olunmuşdur".

Chosen
76
qht.az

1Sources