EN

Orta Dəhlizlə Çindən Azərbaycana tədarük 34 faiz artıb - Səfir

Bakı. Trend:

Cari ilin yavnar-noyabr aylarında Trans-Xəzər BeynəlxalqNəqliyyat Marşrutu ilə Çindən Azərbaycana 351 yük qatarı göndərilibki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz çoxdur.

Trend xəbər verirki, bunu Çin Xalq Respublikasının Azərbaycandakı fövqəladə vəsəlahiyyətli səfiri Lu Mey Çin və Azərbaycan arasında ikitərəflimünasibətlərin yekunlarına həsr olunmuş brifinqdə bildirib.

Diplomatın sözlərinə görə, 2025-ci ildə Tzinxua və İu əyalətininÇjetzyan şəhərlərindən, eləcə də Pekin və Şençjendən ilk yükqatarları yola düşüb.

Səfir vurğulayıb ki, Çin məhsulları Orta Dəhlizin ən böyük yükmənbəyinə çevrilib və bu, onun tranzit potensialını və gələcəkinkişaf perspektivlərini əhəmiyyətli dərəcədə artırıb.

“Çin "Bir kəmər, bir yol" təşəbbüsü çərçivəsində Azərbaycanlaəməkdaşlığı davam etdirəcək və Azərbaycanın regionalnəqliyyat-logistika mərkəzinin formalaşdırılması səylərinə dəstəkvermək üçün öz resursları, texnologiya və kapital sahəsindəüstünlüklərindən istifadə etməyə hazırdır”, – deyə Lu Mey qeydedib.

Məqalədə:
Chosen
66
az.trend.az

1Sources