“Real”ın hücumçusu Endrik icarə əsasında “Lion”a keçib.
İdmanxeber.az xəbər verir ki, 19 yaşlı braziliyalı futbolçu 30 iyun 2026-cı ilədək Fransa klubunda çıxış edəcək.
Keçid Madrid klubunun rəsmi mətbuat xidməti tərəfindən təsdiqlənib.
Qeyd edək ki, Endrik bu mövsüm “Real”ın heyətində 3 oyunda meydana çıxıb və fərqlənə bilməyib.