EN

Real Madrid in alman müdafiəçisi PSJ yə keçə bilər

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Fransanın PSJ klubu Almaniya yığmasının və "Real Madrid"in müdafiəçisi Antonio Rüdigerlə yaxından maraqlanır.

Oxu.Az xəbər verir ki, bu barədə "El Nacional" nəşri məlumat yayıb.

Məlumata görə, Paris klubu 32 yaşlı futbolçunu yayda Madriddən getməyə razı salmaq üçün ona sərfəli müqavilə təklif etməyə hazırdır.

Fransa təmsilçisinin Rüdiger kimi təcrübəli liderə ehtiyacı olduğu qeyd edilir.

Məşhur oyunçu 2025/26 mövsümündə "Real Madrid"in heyətində bütün yarışlarda yeddi oyun keçirib və qol vurmayıb. Onun klubla müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
39
1
oxu.az

2Sources