EN

Mal-qaranın çəki artımı ilə bağlı statistik müayinə keçiriləcək

Azərbaycanda mal-qaranın çəki artımına, ət çıxımına dair birdəfəlik seçmə statistik müayinə keçiriləcək.

"Unikal" xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənmiş "Rəsmi statistikanın inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.

Sənədə əsasən, statistik müayinə 2026-2027-ci illəri əhatə edəcək. İşin əsas icraçısı Kənd Təsərrüfatı Nazirliyi, yardımçı icraçısı isə Dövlət Statistika Komitəsi olacaq.

Bununla bağlı, mal-qaranın çəki artımına, ət çıxımına dair seçmə statistik müayinə formasının və metodoloji göstərişlərin hazırlanması, seçmə şəbəkəsi formalaşdırılması nəzərdə tutulur.

Chosen
80
unikal.az

1Sources