Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülkər vəfat edən bacısı ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, o şəxsi instaqram hesabında Ülviyyə Yaşarqızının məzarından fotosunu paylaşaraq "40 gün sənsiz" şərhini yazıb.
Qeyd edək ki, Ülviyyə noyabrın 15-də gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib.
Onun bir övladı yadigar qalıb.
Ülviyyə Yaşarqızı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin əməkdaşı olub. Uzun illər müstəntiq vəzifəsində çalışıb.