“Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirənsərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzayauğramasının birinci ildönümündə hadisənin səbəblərininaraşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri,Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov dekabrın 25-dəİkinci Fəxri Xiyabana gələrək həyatlarını itirən Milli QəhrəmanlarHökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarınıziyarət edib.
Ə.Əsədov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev qəzadahəlak olan ekipaj üzvlərinin məzarlarına gül dəstələriqoyublar.