AZ

Əli Əsədov Milli Qəhrəmanların məzarlarını ziyarət etdi

ain.az xəbər verir, Metbuat saytına əsaslanaraq.

"Azərbaycan Hava Yolları"nın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının birinci ildönümündə hadisənin səbəblərinin araşdırılması üçün yaradılmış Dövlət Komissiyasının sədri, Baş naziri Əli Əsədov İkinci Fəxri Xiyabana gələrək həyatlarını itirən Milli Qəhrəmanlar Hökumə Əliyeva, İqor Kşnyakin və Aleksandr Kalyaninovun məzarlarını ziyarət edib.

Metbuat.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Əli Əsədov rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və "Azərbaycan Hava Yolları" QSC-nin prezidenti Samir Rzayev qəzada həlak olan ekipaj üzvlərinin məzarlarına gül dəstələri qoyublar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
42
metbuat.az

10Mənbələr