EN

Paşinyan Putinə şərt qoyub: Yoxsa geri alacağıq

Ermənistan Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrini bərpa etməkdə çətinlik çəkəcəyi təqdirdə, İrəvan Rusiya konsesiyasından həmin hissələri geri ala bilər.

"Yeni Sabah" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinqdə bildirib.

O deyib: "Bilirsiniz ki, mən Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrinin tezliklə bərpası ilə bağlı rusiyalı vəzifədaşıma müraciət etmişəm. Bu məsələni Rusiya Prezidenti ilə də müzakirə etmişik. Ümid edirik ki, o bu işi mümkün qədər tez yerinə yetirəcəklər".

Paşinyanın sözlərinə görə, bu həftənin əvvəlində Sankt-Peterburqda Vladimir Putinlə görüşdə Cənubi Qafqaz regionunda müsbət dəyişikliklər, Ermənistan və Rusiya və Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında münasibətlər üçün yaradılacaq imkanlar müzakirə olunub.

"Bu dəmir yolu hissələrinin qısa zamanda bərpa olunmasını vacib hesab edirik. Əgər bu iş zamanı hər hansı maneə və ya digər məsələlər yaranarsa - və bilirsiniz ki, bu hissələr Rusiyanın konsessiyasındadır - Rusiyanın işləri vaxtında başa çatdırmaqda çətinlik çəkdiyi ortaya çıxarsa, mən hazır olduğumu bildirmişəm: Ermənistan hökuməti onları konsessiyadan çıxara bilər və bərpa işlərini dövlət vəsaiti hesabına həyata keçirəcək".

Ermənistanda fəaliyyət göstərən Cənubi Qafqaz Dəmir Yolu (CQDY) Rusiya Dəmir Yollarının (RDY) 100% törəmə şirkətidir. CQDY 2008-ci ildə RDY ilə respublika arasında bağlanmış konsessiya müqaviləsi əsasında Ermənistanın dəmir yolu nəqliyyatı sistemini idarə edir. Müqavilə 30 il müddətinə imzalanıb və onu əlavə 10 il müddətinə uzatmaq hüququ var.

Dekabrın ortalarında Paşinyan Rusiyaya müraciət edərək Ermənistanda Azərbaycan və Türkiyə sərhədlərinə gedən dəmir yolu hissələrinin tezliklə bərpasını tələb edib.

Xüsusilə, o, rusiyalı həmkarlarından Yerasaxdan (Arazdəyən) Naxçıvanla , İcevandan (Şərqi Ermənistan) Qazaxa, habeləə Ermənistanın qərbindən - Türkiyə sərhəddinə qədər olan dəmir yolu hissələrinin təcili şəkildə tammiqyaslı yenidən qurulmasını həyata keçirməyi xahiş edib.


Telegram kanalımız
Chosen
21
yenisabah.az

1Sources