Türkiyənin “Fənərbaxça” futbol klubunun prezidenti Sadettin Saran sərbəst buraxılıb.
KONKRET.az “Hürriyet”ə istinadən xəbər verir ki, bu barədə İstanbul Məhkəməsi qərar qəbul edib.
Qərara əsəsən, o, həftədə 2 dəfə polis məntəqəsinə gedərək sənədə imza çəkməlidir.
Qeyd edək ki, S.Saran dekabrın 24-də İstanbul Baş Prokurorluğu tərəfindən narkotik maddə təmin etmə, istifadəni asanlaşdırma və istifadə etmə ittihamları ilə saxlanılmışdı.
Məhkəmə tibbi ekspertizasında götürülmüş testdə onun saç nümunəsində kokain izi aşkarlanıb.