EN

Xaçmazda itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib - TƏFƏRRÜAT - YENİLƏNİB

Xaçmaz rayonunda 3 il öncə baş verən qətlin təfərrüatları məlum olub.

APA-nın şimal bürosunun xəbərinə görə, qətlə yetirilən və 3 il öncə itkin düşən Əmirəddin Əkbərovun aliment borcuna görə axtarışda olduğu müəyyən edilib. Məlumata görə, qətllə bağlı saxlanılan Surəddin Həsənəliyev ona məxsus evdə kirayədə qalıb. O, yaxın ərazilərdə usta kimi fəaliyyət göstərib. Ev sahibi Ə.Əkbərov 3 il əvvəl itkin düşəndən sonra kənd sakinləri vaxtaşırı Surəddin Həsənəliyevdən Əmirəddini soruşublar. O isə ev sahibinin ailəsindən ayrıldığını, aliment borcu olduğuna görə gizləndiyini bildirib.

Ə.Əkbərov 3 il müddətində aliment ödəmədiyi üçün hüquq-mühafizə orqanları tərəfindən axtarılıb. Əməliyyat tədbirləri nəticəsində onun evində kirayədə qalan Surəddin Həsənəliyev tərəfindən qətlə yetirildiyi və meyitinin həyətdə basdırıldığı məlum olub.

S.Həsənəliyev meyiti basdırdığı yerdə izi itirmək üçün it damı da düzəldib.

O, həmin əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Cəfər Talıb

***

24 dekabr, 22.45

Xaçmazda iki il öncə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən edilib.

APA -nın məlumatına görə, Xaçmaz rayonunda 2023-cü ildə itkin düşən şəxsin qətlə yetirildiyi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 1987-ci il təvəllüdlü Əmirəddin Əkbərovu ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Surəddin Həsənəliyev saxlanılıb.

Ə.Əkbərov qətlə yetirildikdən sonra basdırıldığı yerdən aşkar edilərək çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Şübhəli şəxsdən cinayət aləti olan ov tüfəngi götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Chosen
56
6
apa.az

6Sources