EN

Çin ABŞ ı Hindistanla münasibətlərin yaxşılaşmasının qarşısını almağa çalışmaqda ittiham edib

ain.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Çinin müdafiə siyasətini təhrif edərək Çinlə Hindistan arasında münasibətlərin yaxşılaşmasına mane olmağa çalışır.

APA xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Lin Сian mətbuat konfransında bildirib.

Lin Сian qeyd edib ki, Çin Hindistanla münasibətlərinə strateji və uzunmüddətli baxımdan yanaşır.

"Mübahisəli sərhəd məsələsi yalnız Çin və Hindistan arasında olan bir məsələdir və bu mövzuda hər hansı ölkənin mühakimə yürütməsinə etiraz edirik”, - o əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
apa.az

2Sources