EN

Saxta araqlar satışdan çıxarıldı

Cebheinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Masallı rayonu, İsgəndərli kəndində fəaliyyət göstərən Həşimli Mais Təvəkgül oğluna məxsus marketdə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Qida Təhlükəsziliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, marketdə “Piterskaya”, “Губернаторская”, “Organic”, “Документ” əmtəə nişanlı mənşəyi məlum olmayan saxta alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb. Normativ texniki tələblərə cavab verməyən məhsullarla bağlı məhdudlaşdırıcı qərar qəbul edilib.

Faktla bağlı inzibati protokol tərtib edilib, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Araşdırmalar davam etdirilir.

Gülər

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
16
1
cebheinfo.az

4Sources