EN

Kikboksinq Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş tədbiri keçirildi - FOTOLAR

24 dekabr tarixində Azərbaycan Kikboksinq Federasiyasının 2025-ci ilin yekunlarına həsr olunmuş tədbir təşkil olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Federasiyanın Fəxri Prezidenti Adil Əliyev, prezidenti Orxan Əliyev, vitse-prezidentləri Azər Aslanov və Eduard Məmmədov, baş katibi İlkin Məsimzadə, Gənclər və İdman Nazirliyinin nümayəndələri, məşqçilər, idmançılar, kikboksinq üzrə veteran idmançılar, digər idman növlərinin nümayəndələri və veteranları, idman jurnalistləri və çoxsaylı qonaqlar iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Federasiyanın prezidenti Orxan Əliyev çıxış edərək qonaqları salamlayıb və 2025-ci il ərzində qazanılmış uğurlar haqqında məlumat verib. Bildirib ki, Azərbaycan Kikboksinq Federasiyası 6 beynəlxalq yarışda iştirak edərək ümumilikdə 38 qızıl, 34 gümüş və 40 bürünc medal qazanıb. O, həmçinin vurğulayıb ki, böyüklər arasında keçirilən dünya çempionatında federasiya tarixi nəticə əldə edərək 85 ölkə arasında 11-ci yeri tutub. 

Əldə olunan nailiyyətlər idmançılarımızın əzmkarlığının və federasiyanın məqsədyönlü fəaliyyətinin nəticəsidir.

Chosen
91
unikal.az

1Sources