EN

Paşinyan İlham Əliyevə dəfələrlə təşəkkür etməsindən DANIŞDI

Ajans.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bu barədə hökumətin bu gün keçirilən iclasından sonra jurnalistlərə bildirib. "Mən müşahidə etmişəm ki, biz baş verənlərin qavranılmasını həddindən artıq mürəkkəbləşdirməyə meyilliyik. Məsələn, niyə bu mikrofon mavi, o biri isə qırmızıdır, niyə sarı əvəzinə qaradır? Və sonra buna əsasən geosiyasi nəticələr çıxarılır", - deyə Paşinyan bildirib.

Onun sözlərinə görə, Ermənistanla birbaşa əlaqəli bir hadisə baş verdikdə, ölkə bununla bağlı mövqeyini bildirməyə borcludur. Əgər bu mövqe müsbətdirsə, açıq şəkildə ifadə edilməlidir.

Chosen
20
1
Ajans.az

3Sources