EN

Ötən ay nağdsız kart ödənişlərinin həcmi 8 mlrd. manata yaxınlaşıb

Banklar vә “Azәrpoçt” MMC sistemlәri üzrә noyabr ayının sonunda dövriyyәdә olan ödәniş kartlarının sayı ötәn aya nәzәrәn 134 min әdәd artaraq 21 milyon 835 min әdәd tәşkil edib.

Herbiand.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, keçәn ilin müvafiq dövrü ilә müqayisәdә bu göstәrici 12.2 % artıb.

Məlumata görə, ödәniş kartlarında debet kartlarının sayı 14.7% artmış, kredit kartlarının sayı isә 6.7% azalmışdır. Ödәniş kartlarının artması nağdsız ödәnişlәrin hәcminә müsbәt tәsir göstәrmişdir. Belә ki, noyabr ayı әrzindә ölkәdaxili nağdsız әmәliyyatların hәcmi keçәn ilin müvafiq dövrü ilә müqayisәdә 14.4% artıb.

2025-ci ilin noyabr ayı әrzindә kartlar vasitәsilә Azərbaycanda hәyata keçirilәn ölkәdaxili nağdsız ödәnişlәrin hәcmi 7,940 mln. manat tәşkil etmişdir. Hәyata keçirilәn nağdsız ödәnişlәrin 6,948 mln. manatı elektron ticarәtin payına düşür. Qalan mәblәğin 990 mln. manatı POS-terminallar, 2 mln. manatı isә özünә xidmәt terminalları vә bankomatlar vasitәsilә gerçәklәşdirilmişdir. İlin әvvәlindәn ödәniş kartları ilә nağdsız ölkәdaxili әmәliyyatların hәcmi ölkәdaxili kart әmәliyyatlarının 67.5%-ni tәşkil edib.

Chosen
17
6
herbiand.az

10Sources