Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az-ın "Unikal"a istinadən xəbər verir ki, qəza rayonun Soltannuxa kəndi ərazisində qeydə alınıb.
Hərəkətdə "Toyota Prado" və "Mitsubishi" markalı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.