EN

Mağazalardan oğurluq edən şəxslər saxlanılıblar

Bakı, 25 dekabr, AZƏRTAC

Ötən gün Sabunçu rayonu ərazisində naməlum şəxs müştəri kimi marketlərin birinə daxil olaraq orada satıcıya qarşı soyğunçuluq edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 57 yaşlı H.Hüseynov müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, metrostansiyaların birində yerləşən geyim mağazasından bir nəfərə məxsus 124 manatı oğurlamaqda şübhəli bilinən S.Cəfərli də polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Chosen
60
3
azertag.az

4Sources