EN

“Əminliklə deyə bilmərəm ki, Elza şizofren deyil”

"Şizofreniya elə bir şeydir ki, onu insanın daxili görünüşünə əsasən müəyyən etmək olmur. Bəzən şizofren başqalarından daha sağlam görünür”.

Bu sözləri “Yeni Sabah”a həkim-psixiatr Azad İsazadə deyib.

O, həmkarı Rəşid Mahmudovun Elza Seyidcahan haqqında dediyi "Elzada dəlilik əlamətləri var" sözünə şəhr verib:

“Biz ona disimulizasiya deyirik. Sağlam insan özünün dəliliyə salıb, simuliyasiya edir. Disimulyasiya halında isə xəstə insan özünü sağlam kimi aparır. Ona görə də bu diaqnoz qoyma çox çətindir. Onu birdən-birə təyin etmək olmur. Hətta insana bu diaqnozu qoymaq üçün 3 psixiatrın imzası və hansısa professorun rəyi tələb olunur.

Ümumiyyətlə, aktyorlar, müğənnilər, ümumən incəsənət adamları kənardan bədii şəxsiyyət anlayışı formalaşdırırlar. Onlar insanların diqqətini cəlb etməyi sevirlər. Çünki sənət adamlarında belə xüsusiyyətlər olmasa, səhnəyə çıxmaq da çətinləşər”.

Həkim-psixiatr qeyd edib ki, səhnə adamları fərqlənməyi sevirlər:

“Sıravi adam üçün 1000 nəfərin qarşısında çıxış etmək çox çətindir, çünki özümüzü itirə bilərik. Lakin aktyor bütün bunlardan ləzzət alır. Əgər ləzzət almasa, aktyor olmaz. Bu qədər göz ona baxmasa, çıxış etməkdə çətinlik çəkər.

Bəzən diqqəti cəlb etmək üçün səhnə adamları qeyri-adi obrazlara bürünürlər. Həmin adamlar görünüşlərindən tutmuş, düşüncələrinə qədər bizlərdən fərqlənirlər”.

A.İsazadə müğənnini fərqlənməyi sevən insanlardan biri olduğunu deyib:

“Elza Seyidcahan da həmin insanlardan biridir. Çünki rəngli, bəzəkli geyimlərdən istifadə etməyi sevir. Həmin insanlarda diqqəti cəlb etmək istəyi olduğuna görə belə halların olması normaldır. Yəni kiminsə görünüşünə  baxıb "şizofrendir" sözünü demək olmaz.

Bununla belə, bunlara əsasən əminliklə deyə bilmərəm ki, Elza Seyidcahan şizofren deyil. Bunun üçün müayinələr vacibdir. Çünki elə ola bilər ki, şizofreniya özünü biruzə verməz. Ona görə də müayinə etmədən kiminsə haqqında bu cür fikrlər səsləndirmək olmaz”.

Qeyd edək ki, tibb elmləri namizədi Rəşid Mahmudov bir neçə gün öncə E.Seyidcahanla bağlı qalmaqallı açıqlama verib. Həkim verilişlərin birində bəstəkar-müğənnidə şizofreniya əlamətlərinin olduğunu deyib.

Elza Seyidcahan isə cavab olaraq bildirib: “Mən qaranlıqda həqiqətəm. Ölün, utanın, yerə girin. Yazıqsınız. Öz yazıqlığınızı göstərirsiniz. Biz bir gündə 3 dəfə libasımızı başdan-ayağa dəyişirik. Siz bəlkə aylarla üzünüzü yumursunuz. Amma gəlib xalqa millət deyirsiniz. Ölün, utanın, yerə girin. Ölmüsünüz, xəbəriniz yoxdur”.

Aydan Hacı 


Telegram kanalımız
Chosen
28
yenisabah.az

1Sources